Edebiyyatqazeti.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən Asiya Ölkələri Yazıçılarının I Forumu artıq başa çatıb.
Forum çərçivəsində bir sıra ölkələrin yazıçılar təşkilatları arasında memorandum imzalanıb, gənc yazarların yaradıcılıq görüşü keçirilib, həmçinin Yazıçılar Xiyabanının açılışı olub, eyni zamanda ortaq jurnal və qəzetlərin dərc edilməsinə dair qərarlar qəbul edilib.
Gələcəkdə forum hər üç ildən bir Asiya ölkələrinin birində keçiriləcək.
Xatırladaq ki, Forumda Azərbaycanı Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev təmsil edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!