Buker 2019-un qısa siyahısı elan edildi

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, Buker Mükafatı saytında 2019-cu il üçün qısa siyahı ictimaiyyətə təqdim olunub.

Müəlliflər arasında dünya şöhrətli Salman Rüşdü (“Quichotte” romanı ilə) və Marqaret Ətvud (“The Testaments” əsəri ilə) da var.

Münsif üzvü Piter Florens qısa siyahıya daxil olan əsərlər haqqında belə söyləyib: “Möhtəşəm ədəbiyyat kimi bu kitablar da həyat doludur və insanlığı dərinliyinə qədər özündə əks etdirir”.

Buker mükafatı laureatlarının adı 14 oktyabr tarixində bəlli olacaq. Mükafatlandırma mərasimi Londonun Qildxoll Mərkəzində keçiriləcək. Siyahıya daxil olan bütün müəlliflər 2500 funt sterlinq məbləğində pul  ilə mükafatlandırırlacaqlar.

Qeyd edək ki, 2018-ci il Buker mükafatına irland yazıçısı Anna Berns “Südçü” romanı ilə layiq görülmüşdü.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!