Edebiyyatqazeti.az xəbər verir ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 24-də “Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Akademiyadan bildirilib ki, konfrans dahi dramaturqu və şairi Hüseyn Cavidin anadan olmasının 137 illiyinə həsr edilib. Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məruzələrin tərtibinə dair tələblər:
- Kağızın formatı - A4, Word redaktorunda;
- Məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;
- Müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;
- Həcmi - 5 səhifədən çox olmamalıdır;
- Şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;
- İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);
- Məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!