Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı Aqşin Babayevin "Dünyanın axırı" romanı "Elm və təhsil" nəşriyyatı tərəfindən çap olunub.
Əsərin redaktoru Musa Ələkbərli, ön sözün müəllifi yazıçı Kənan Hacıdır. "Müstəqilliyimizin ilk nübarı" adlı ön sözdə Kənan Hacı romanın məziyyətlərindən söz açaraq yazır:
"Dünyanın axırı" müstəqillik dövrü ədəbiyyatımızın ilk irihəcmli əsərlərindən bəlkə də birincisidir. Romanın çap olunduğu il-1992-ci ildə müstəqilliyimizin vur-tut 1 yaşı vardı. Azərbaycan tarixin ən burulğanlı günlərini yaşayırdı. Və bu kitab gəldi".
Bu, "Dünyanın axırı" romanının ikinci nəşridir. Əsərin birinci nəşri 1992-ci ildə Gənclik" nəşriyyatında işıq üzü görmüşdü.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!