Edebiyyatqazeti.az xəbər verir ki, sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fransız əsilli irlandiyalı yazıçı-dramaturq Semuel Bekketin məşhur “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş ediləcək.
Səhnə əsərinin bədii rəhbəri Əliqismət Lalayev, quruluşçu rejissoru Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur. Rolları Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Əmrah Dadaşov, Hüseyn Əlili və başqaları ifa edəcək. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.
Qeyd edək ki, dünyada ilk dəfə “Qodonun intizarı” üçün simfonik musiqini Xalq artisti, professor Fərəc Qarayev yazıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!