Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, öz ağıllı qadjetləri ilə tanınan Xiaomi şirkəti Coan Roulinqin dünyaca məşhur “Harri Potteri”ni 3D formatlı kitaba çevirərək satışa çıxarıb.
Sehrbaz oğlandan bəhs edən roman süjeti ekran versiyasında təqdim olunsa da onu bir daha kitabdan oxumaq istəyənlər az deyil. Elə bu səbəbdən də romanda diqqət çəkən – hamının filmdən izlədiyi məkanlar 3D vasitəsilə kitabda canlılıq qazanıb.
Kitab bağlı vəziyyətdə 242×289×60 mm qabaritli adi kitabı xatırlatsa da amma onu vərəqlədikcə, konstruksiyaları masa üzərində qurduqca canlılıq qazanmağa başlayır. Filmdə yer alan 70 klassik səhnə kitabda da 1 kv metr ərazini əhatə edir (1089×867 mm).
Burada cəmi beş lokasiya əks olunub: əsas saray, qala, qədim Xoqvarts, meşə, kviddiçdə döyüş meydanı.
Bəzi səhnələri müşahidə etmək üçün 3D eynəklərin taxılması gərəkdir.
Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!