Çində dünyanın ən böyük kitab yarmarkasının açılış mərasimi olacaq

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, avqustun 21-də dünyanın ən böyük kitab yarmarkasının açılış mərasimi olacaq.

Pekində təşkil ediləcək 26-cı beynəlxalq kitab yarmarkasında dünyanın 95 ölkəsindən 2.6 minə yaxın eksponat oxucuların ixtiyarına veriləcək. Bu haqda təşkilatçılar - Beijing International Book Fair 2019 xəbər verib.

Bu il yarmarkada ilk dəfə Portuqaliya və Qazaxıstan da təmsil olunacaq.

Pekin Kitab Forumunun fəxri qonağı Rumıniyadır. Fəxri qonaq burada 20-yə yaxın ədəbi tədbir, müəlliflərlə görüş təşkil edəcək.

İlk dəfə Pekin Kitab Forumunda dünyanın diqqətini özündə cəmləyən 5G texnologiyadan istifadə ediləcək. Məhz bu texno yardımın vasitəsilə müasir dünyanın oxucusu texnologiyanın inkişafına da şahid olacaq.  

Qeyd edək ki, yarmarka avqustun 25-nə qədər davam edəcək.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!