Fərid Hüseynin kitabı Serbiyada nəşr edildi

 

Edebiyyatqazeti.az xəbər verir ki, «Kaspi» qəzetinin Ədəbiyyat Əlavəsinin redaktoru, şair Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib.

«Qəlbin tərbiyə dərsləri» adlı kitabdakı şeirləri rus dilindən serb dilinə tanınmış ədəbiyyatşünas, nüfuzlu ədəbi tənqidçi, mütərcim Nina Smic tərcümə edib. 

Nəşrdə müəllifin 60 şeiri yer alıb.  «CompuTech» nəşriyyatında işıq üzü görən kitaba F.Hüseynin şeirləri haqqında iki məqalə daxil edilib: Məqalələrin birini Serbiya Yazıçılar Birliyinin sədri, tanınmış şair Radomir Andriç, digərini isə nəşrin mütərcimi qələmə alıb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!