Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, İsveçrədə Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” nağılına çəkilən, bu vaxtadək mütəxəssislərə məlum olmayan rəsmləri tapılıb.
İllüstrasiyalarda tarix qeyd olunmasa da mütəxəssislər hesab edirlər ki, bu, sonradan kilsə qaydaları ilə müəyyən edilmiş rəsmlərin ilkin variantıdır.
Akvarel və sulu boya ilə çəkilmiş şəkillərin olduğu qovluq 2018-ci ildə vəfat edən biznesmen və kolleksiyaçı Brüno Stefaniniyə vaxtilə məxsus olan binanın anbarında aşkarlanıb. Ehtimal edilir ki, rəsmlər təqribən 30 il əvvəl İsveçrə hərracında alınıb.
Tapılan rəsmlər arasında “Fili udan ilan”a aid eskizlər və Balaca şahzadə və Tülkünün olduğu rəsmlər də var.
Stefanininin yaratdığı Fondun nümayəndələri Nyu-Yorkda nəşrə daxil olan rəsmlərin saxlanıldığı “Morgan Library”yə tapıntı barədə məlumat vermək niyyətindədirlər.
Ekzüperinin 1942-ci il tarixli məktubuna əlavə edilən rəsmi 2018-ci ildə hərracda 289 min dollara satılıb. Şəkildə masa arxasında əyləşən Balaca şahzadə təsvir olunub. Həmin vaxt nağılın özü hələ nəşr edilməmişdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!