Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, «The New York Times»ın verdiyi məlumata görə məşhur amerika yazıçısı Cerom Devid Selincerin nəşrləri elektron variantda ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, yazıçının sonuncu - hekayələr kitabı 1924-cü ildə nəşrə getmiş, azsaylı ədəbiyyat kolleksiyası isə toxunulmamış qalıb. Baxmayaraq ki, oxucular bir çox yazıçıların yaradıcılıq nümunələrini, kitablarını elektron variantda oxuya bilirlər, amma Selincerin texnologiyaya, kompüterlərə olan nifrətinin nəticəsi olaraq onun əsərləri hələ də avtonom resurs kimi toxunulmamış qalıb. Əsərlərin elektron xidmətə keçməməsinin bir səbəbkarı da yazıçının oğlu və onun ədəbi irsinin həsas qoruyucusu Metta Selincerdir. Müsahibələrinin birində yazıçının oğlu “Mənim bütün ömrüm atamın irsini qorumağa və onun haqqında danışmamağa sərf edildi” söyləmişdi.
Yeni gələn nəsil ilə yazıçı irsini tanış etmək üçün Kiçik Selincer getdikcə Amerikanın ən məşhur və ən sirli yazıçısının irsi üzərindən tapmaca örtüyünü qaldırmağa başlayır.
Qarşıdakı həftədə «Little, Brown» nəşriyyatı ilk addım olaraq 20-ci əsrin sonuncu ədəbiyyat ikonası olan Selincer yaradıcılığına aid olan dörd kitabı elektron formatda ictimaiyyətə təqdim edəcək. Nəşriyyat eyni zamanda payızda kiçik Selincerin yardımıyla Nyu-Yorkun məşhur kitab evlərinin birində yazıçının şəxsi arxivində olan materiallarla – yazıçının əlyazmaları, ailə fotoları və 160 şəxsi əşya ilə ictimaiyyəti tanış edəcək.
Yaxın zamanlarda isə Selincerin bu vaxta qədər çap edilməyən əsərlərinin də işıq üzü görəcəyi planlaşdırılır. Yazıçının oğlunun sözlərinə görə əsərlərin seçilməsi, uyğun olanların nəşrinə yeddi il vaxt lazım olacaq.
Ən maraqlısı isə 2010-cu ildə 91 yaşında dünyadan köçmüş Dc.D.Selincerin irs olaraq nə qoymasıdır. Əlbəttə, onun oğlunun bu suallara yetəri qədər cavabı var. Sadəcə o, hələ ki, bu haqda danışmaq istəmir.
Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!