Edebiyyatqazeti.az xəbər verir ki, Tehranın nüfuzlu “Əndişe-yi noo” nəşriyyarında Mübariz Cəfərlinin məşhur trilogiyasının son əsərləri, “Bənna” və “Bağban” romanları çapdan çıxıb. Kitabları ərəb əlifbasına Elyar Polad çevirib.
Xatırladaq ki, bundan əvvəl trilogiyanın birinci romanı – “ Bərpaçı” – da həmin nəşriyyat tərəfindən nəşr edilmişdi.
Qeyd edək ki, bu romanlar çağdaş nəsrimizin ən yaxşı nümunələrindən sayılsa da, indiyədək ölkəmizdə kitab halında nəşr olunmayıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!