Edebiyyatqazeti.az xəbər verir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci teatr mövsümünü də uğurla yola saldı.
İyun ayının 11-də Kukla Teatrında il ərzində məhsuldar səhnə nümunələri sərgiləyən yaradıcı heyətin mükafatlandırılması mərasimi keçirildi. Teatrın truppası ilə yanaşı onun nəzdindəki “Oyuq” teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını aldılar.
Bundan başqa il ərzində teatrın fəaliyyətini davamlı və geniş şəkildə işıqlandıran, silsilə reportaj, təhlil, müsahibə və resenziyaları ilə onun yaradıcılığını gündəmdə saxlayan kütləvi informasiya vasitələri təmsilçiləri də "Teatrın dostu" nominasiyası, “Kukla teatrının rəmzi Crtdan” mükafatları ilə mükafatlandırıldılar. Qəzetimizin əməkdaşları kino tənqidçi Sevda Sultanova “Kukla teatrının rəmzi Crtdan” mükafatına, yazar Samirə Əşrəf isə “Teatrın dostu” mükafatına layiq görülüblər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!