Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təsis edilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalına bir qrup media nümayəndələri və ictimai xadimlər layiq görülüblər.
Bununla bağlı medalların təqdim olunma mərasimi keçirilib.
Medalla təltif olunanlar arasında “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan da var.
Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!