Edebiyyatqazeti.az xəbər verir ki, fransız yazıçısı Andre Moruanın Azərbaycan Dövlət Tərcümə Mərkəzinin tərcüməsində “Vəsiyyətnamə” kitabı işıq üzü görüb.
Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Bioqrafiya”, “Love in Exile”, “Qızıl pulun qarğışı”, “Mirrina”, “Çərşənbə gününün bənövşələri”, “Vəsiyyətna-mə”, “Balzakın günahı ucbatından” kimi 13 hekayəsi, o cümlədən dünyaca məşhur “Yad qadına məktublar” romanı daxil edilib.
İncə bədii duyum, dərin psixologizm, klassik düşüncə sahibi olan Morua, əsasən, avtobioqrafik hekayələr və romanlar ustası kimi tanınır. Yazıçının Şelli, Bayron, Balzak, Hüqo, Düma, Jorj Sand, Turgenev, Çexov və digər dünya ədibləri haqqında qələmə aldığı esse və xatirələri onun memuar ədəbiyyatı janrının parlaq müəllifi kimi də əbədiləşdirib.
Əsərləri dilimizə şair, tərcüməçi Mahir N.Qarayev çevirib. Kitabın redaktoru Rəbiqə Nazimqızıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!