Qazaxıstan Yazıçılar Birliyi Azərbaycanlı yazar, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalını “Alaş” xalqlararası ədəbi mükafatı ilə təltif edib. Mükafat yazarımıza 4-5 iyul tarixlərində qardaş ölkənin paytaxtı Nur-Sultan şəhərində keçirilmiş “Avrasiya paytaxtları Yazıçıları, Şair və Publisistlərinin I Xalqlararası Forumu”nda təqdm edilib.
Qazaxıstanın müstəqillik dövrünün ədəbiyyat sahəsində ən nüfuzlu ictimai mükafatı sayılan və ədəbi uğurları ilə seçilən qazax yazarları ilə yanaşı ildə bir dəfə bir xarici ölkə yazarına da verilən “Alaş”, ötən illər ərzində fərqli ölkələrdən olan tanınmış ədiblərə, ədəbiyyat və onun təbliği sahəsində xüsusi xidməti olan yazarlara verilir, onların özkeçmişində xüsusi yer alır.
Qeyd edək ki, bu yazarımızın qardaş ölkədən aldığı 3-cü medaldır. 2015-ci ildə “Jalın” dərgisində çıxmış şeirlərinə görə “Tölegen Ayberqanov”, 2018-ci ildə “Yeni Qazax şeiri antologiyası”na görə L.Qumilyov adına Avrasiya Universitetinin “Gültegin” medalına layiq görülən Ə.Qoşalı, həmçinin Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin fəxri fərmanına layiq görülüb (2017).
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!