Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı Yaşar Bünyadın “Köhlən” Nəşriyyatında yenicə işıq üzü görmüş “Azan gəmilər limanı” romanının 14 iyul 16-00-da kitabevim.az Kitab Evində təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki, romanda Qismət adlı gəncin taleyindən bəhs olunur. Atası Qisməti müharibədən qurtarmaq üçün Rusiyaya qaçırrır. Müəllif Qismətin timsalında, doxsanıncı illərdə dolanışıq dalınca Rusiyaya gedən minlərlə azərbaycanlının həyat yoluna işıq salır.
Giriş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!