Yazıçı Eyvaz Zeynalovun Türkiyədə yeni kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı Eyvaz Zeynalovun yaxın günlərdə Türkiyənin “Asmaaltı yayınevi”ndə  “Kış güneşi” (“Qış günəşi”) adlı romanı nəşr olunacaq.

Kitabın tərcüməçisi və çap təşəbbüskarı Ömər Küçükmehmetoğludu. O, yazıçının Türkiyədə çıxan kitablarının, demək olar, hamısının tərcüməçisidir.

Əsərdəki hadisələr ailə-məişət zəminində baş verir. Süjet xətti iki gəncin bir-birini sevib evlənməsi, müəyyən təsirlər altında ayrılması və peşmanlıq hisslərinin yaşantısı üzərində qurulub.

Qeyd edək ki, bundan öncə yazıçının Türkiyədə 5 kitabı (biri Ankarada, dördü İstanbulda) işıq üzü görüb. Bu, onun sayca altıncı kitabıdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!