Məmməd İsmayılın şeirləri dünya şeir antologiyasında

 

Edebiyyatqazeti.az xəbər verir ki, 17- 22 iyun tarixində Rumınyanın Graiova şəhərində Mihail Emunseku beynelxalq şeir festivalı keçirilib. Festivalda həmyerlimiz şair Məmməd İsmayıl da iştirak edib. Festivalın açılışı şərəfinə Rumın dilində nəşr edilən və hər şairin dörd şerinin yer aldığı “Dünya şeir antologiyası”nda  Məmməd İsmayılın “Gizli məhəbbət”,”Gəlirmi”, “İki nəfər” və “Yol” şeirlərinə də yer verilmişdir.

Şeirləri Rumıncaya rumındilli şeirin öncüllərindən olan şiarlər Nikolay Dabija çevirmişdir. Festival günlərində Graiova şəhər milli kitabxanasında həmyerlimizin Macaristanın AB-ART nəşiryyatı tərəfindən yayınlanan “Szamüzetesben” (“Sürgün”) kitabının imza günü keçirlimişdir. Kitabı nəşriyyatın drektoru M.İsmayılın tərcüməçisi şair F.Attıla Balazas təqdim etmişdir. 

Bundan başqa həmyerlimiz festivalın sonunda xüsusi diplom və M.Emuneski medalı ilə də mükafatlandırılmışdır. 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!