Xalq şairi Vahid Əzizin “Azərkitab” Kitab Təbliğatı Mərkəzində yaradıcılıq gecəsi keçirilib.
Gecəni giriş sözü ilə “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov açaraq şairin həyat və yaradıcılığından söz açıb. O, Vahid Əzizi Xalq şairi fəxri adı alması münasibətilə təbrik edib və bunu ölkə başçısının söz adamlarına verdiyi ən yüksək qiymət kimi dəyərləndirib.
Tədbirin aparıcısı Yusif Nəğməkar Vahid Əzizin yaradıcılıq axtarışlarından danışıb və onun poetik təxəyyülündən süzülən bir-birindən mənalı şeirlərindən söhbət açıb.
Milli Məclisin deputatı Fəzail İbrahimli, Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Cingiz Abdullayev və digər çıxış edənlər şairin yaradıcılığından danışıblar.
Qiraət ustası Aynur Qafarlı şairin seirlərini söyləyib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!