Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, britaniyalı yazıçı-fantast Terri Pratçettanın “Əsrarəngiz Moris və onun dahi gəmiriciləri” romanı tammetrajlı animasiya filmi olaraq ekranlaşdırılacaq. Variety – nin verdiyi xəbərə görə 2022-ci ildə ictimaiyyətə təqdim olunacaq film üzərində artıq alman studiyası «Ulysses Filmproduktion» və irland şirkəti «Cantilever Media» çalışır.
Yumaristik fentezinin rejissoru Tobi Qenkel, ssenari müəllifi isə “Şrek”, “Ələddin”, “Karib dənizinin piratları” cizgi filmindən hamıya məlum olan ssenarist Terri Rossio olacaq. Personajların dizaynı isə rəssam Karter Qudriçuya həvalə olunub.
«Cantilever Media»nın baş direktoru Endryu Beykerin sözlərinə görə, ssenaris Terri Rossio başdöndürücü, dinamik, qeyri-adi düyünlərlə və açılışlarla izlənilən rəngarəng bir ssenari qələmə alıb. Animasiya filminin hamı tərəfindən seviləcəyinə inanan şirkət rəhbəri personajların kitabın üz qabığındakı formalarından olduqca fərqli olacağını da vurğulayıb.
Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!