İyunun 18-də Serbiya Mühacirləri Mədəniyyət Mərkəzinin toplantı zalında Azərbaycan şairi Səlim Babullaoğlunun "Müsahibə" seçmə şeirlər kitabının təqdimatı olub. Azərbaycan və serb dillərində bilinqva formatda işıq üzü görən kitabdakı şeirləri serb dilinə Katarina Paniç çevirib.
Tədbirdən əvvəl kitabın naşiri, Mərkəzin və “Dünya Yazıçılarının Belqrad Görüşü” kimi nüfuzlu beynəlxalq ədəbiyyat festivalının icraçı direktoru Miodraq Yakşiç azərbaycanlı qonaqla görüşüb.
Daha sonra təqdimat mərasimi keçirilib. Miodraq Yakşiç mərasimi açıb, Səlim Babullaoğlunun yaradıcılığı barədə fikirlərini bölüşüb.
Müəllifin şeirləri hər iki dildə səslənib və serb ədibləri fikir mübadiləsi aparıblar.
Tədbirdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları da iştirak ediblər. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!