İyunun 14-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, Xalq şairi Hüseyn Arifin anadan olmasının 95 illiyi münasibətilə “Hüseyn Arif – 95” adlı geniş kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı və haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə nümayiş olunacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!