Sumqayıtda Mikayıl Müşfiqin xatirəsi yad olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, IX Şairlər günü çərçivəsində Azərbaycan Yazıçılar Birliyi və qurumun Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə nakam taleli şairimiz Mikayıl Müşfiqin anım günü keçirilib. Tədbirdə AYB Mətbuat Xidmətinin rəhbəri, Müşfiq komissiyasının sədri Xəyal Rza, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız, Türkiyə və Qazaxıstandan gələn yazarlar, Sumqayıtın qələm adamları, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AYB–nin mətbuat xidmətinin rəhbəri, Müşfiq komissiyasının sədri Xəyal Rza Mikayıl Müşfiqin həyat və yaradıcılığı barədə məlumat verib, onun poeziyasının məziyyətindən, şairə ümumxalq məhəbbətindən danışıblar.

Sabir Sarvan adına uşaq poeziya teatrının üzvlərinin ifasında şairin şeirləri səsləndirilib. Sonra tədbir iştirakçıları Xəzərin sahilinə gələrək, dənizə tər qərənfillər səpiblər. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!