Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM), Türkiyə və Azərbaycan iş adamları və Sənayeçilər İctimai birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə May-İyun aylarında IX "Şairlər Günü" qeyd olunacaq.
AYB-dən bildirilib ki, öncəki illərdə olduğu kimi “Şairlər Günü” bu il də bölgələrdə qeyd ediləcək.
Belə ki, mayın 30-u Şamaxıda Fikrət Sadıq və Rauf Parfinin əziz xatirəsinə, mayın 31-də Gəncə şəhərində Nigar Rəfibəyli və Nigar Binti Osmanın əziz xatirəsinə, 1 İyunda keçiriləcək Şəmkir tədbiri Əhməd Cavad və Abdullah Tukayın əziz xatirəsinə, 2 İyun Tovuzda keçiriləcək tədbir Mikayıl Azaflı və Mahambet Ötemisovun əziz xatirəsinə, 7 İyun Bakıda keçiriləcək tədbir Vaqif Səmədoğlunun xatirəsinə, 9 İyun tarixində Sumqayıtda keçiriləcək “Şairlər Günü” Əli Kərim və Abdurrahim Karakoçun əziz xatirəsinə, 10 İyun Qubada Ələkbər Salahzadənin əziz xatirəsinə, 11 İyun Şəkidə Bəxtiyar Vahabzadə və Mehmet Akif Ersoyun, 12 İyun "Əbədi yaşar ədiblər" kompleksində Rəsul Rza və Necati Zekeriyyanın əziz xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
Qeyd edək ki, artıq doqquz ildir keçirilən “Şairlər Günü” bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndələrinə olan hörmətin təzahürüdür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!