“Müstəqillik yollarında” adlı yeni kitab çapdan çıxıb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Ələkbər Babaxan oğlu Zahidovun “Müstəqillik yollarında” adlı yeni kitabı çapdan çıxıb. Müəllif bu əsərındə Neftçala rayonunun timsalında respublikada gedən 90-cı illər Milli Azadlıq Hərəkatını təhlil edir, dəyərləndirir, o dövrdə baş verən olaylara doğru-düzgün işıq salmağa çalışır. Kitabda arxiv sənədlərinə əsaslanan qiymətli materiallar  90-cı illərdə ölkəmizdə baş verən bir çox taleyüklü məsələlərin mahiyyətinə varmağa imkan yaradır. Kitab 488 səhifədən ibarətdir.

“3 saylı Bakı Mətbəəsi” ASC-də nəşr olunan kitabın elmi redaktoru Milli Azadlıq Hərəkatının liderlərindən olan Xalq Şairi Sabir Rüstəmxanlı, redaktoru Əlövsət Polad, baş məsləhətçi “Olaylar” informasiya Agentliyinin baş direktoru Yunus Oğuz, məsləhətçi yazıçı-publisist Aləm Kəngərli, korrektoru Tanrıverdi Hüseynovdur.  “Müstəqillik yollarında” Ələkbər Zahidovun “Ömür şərəflə yaşananda” əsərindən sonra oxuculara təqdim etdiyi ikinci kitabdır.

Qeyd edək ki, "Müstəqillik yollarında" kitabı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 90-cı illər Milli Azadlıq Hərəkatının 30 illiyinə həsr olunub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!