Prezident İlham Əliyev mayın 25-də mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Vahid Əziz, Ramiz Rövşən, Musa Yaqub “Xalq şairi”, Kamal Abdulla, Natiq Rəsulzadə, Afaq Məsud “Xalq yazıçısı”, İlqar Muradov, Cavanşir Zeynallı “Xalq artisti”, Vaqif Bayatlı Odər, Elçin Hüseynbəyli, Firuz Mustafa “Əməkdar incəsənət xadimi”, Nadir Xasiyev, Cəmilə Kərimova, Qurban Məsimov, Qasım Nağıyev, Nurbəniz Niftəliyeva, Elmira Süleymanova “Əməkdar artist”, Asim Əliyev, Vaqif Əlixanov, Abbas Güləliyev və Rauf Məmmədov “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüblər.
Ölkə başçısının imzaladığı digər bir Sərəncamla isə 6 nəfər mədəniyyət xadimi “Tərəqqi” medalı ilə təltif edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!