Oman yazıçısı Buker mükafatına layiq görüldü

 

Edebiyyatqazeti.az Rus KİV-lərinə istinadən xəbər verir ki, Oman yazıçısı və müəllimi Coxa Alharthi 2019-cu ilin Beynəlxalq Buker Mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi Londonun Roundhouse konsert salonunda keçirilib. 

Müsabiqənin münsiflər heyəti Coxa Alhartini “Səma cisimləri” (Celestial Bodies) kitabına görə bu mükafata layiq görüblər. Əsərdə üç nəsil Oman ailəsindən bəhs edilir. Müəllif həm də mükafat fondundan 63.5 milyon dollar həcmində pul mükafatına da layiq görülüb. 

Bu il Coxa ilə bərabər Almaniya, Kolumbiya, Fransa və Çilidən də namizədlər var idi. Prestijli mükafatın  nominantları arasında ötən ilin polşalı qalibi yazıçı, şair Olqa Takarçuk da var idi.  Belə ki, müəllifin «Drive Your Plow Over The Bones Of The Dead» (“Kotanla ölülərin sümükləri üzərində get”) romanı fovaritlər arasında idi. 

Qeyd edək ki, Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən mükafat hər il təqdim olunur.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!