Mayın 23-də Milli Kitabxanada Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir və “İlyas Əfəndiyev - 105” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək.
Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşacaq.
Kitabxanadan bildirilib ki, tədbirdə görkəmli yazıçının ömür yolundan, zəngin yaradıcılığından və Azərbaycan dramaturgiyasının inkişafındakı xidmətlərindən danışılacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!