Filarmoniyada İsmayıl Şıxlının xatirəsi yad olunacaq

 

Mayın 30-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında  Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Filarmoniyadan bildirilib ki, tədbir Prezident İlham Əliyevin ədibin 100 illiyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq Sərəncama uyğun olaraq təşkil olunacaq.

Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşacaq tədbir çərçivəsində Xalq yazıçısının həyat və yaradıcılığından danışılacaq, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri vurğulanacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!