Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılaq Birliyinin, Kinomatoqrafçılar İttifaqının üzvü, Azərbaycan Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino, teatr və musiqi şöbəsinin və Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə gerçəkləşəcək.

Kitab təqdimatı 21 May saat 14-00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas binasında keçiriləcək.

Giriş sərbəstdir.

Qeyd edək ki, “Qanun” nəşriyyatında işıq üzü görmüş “Kinonun fəlsəfəsi” kitabında müəllifin uzun illərdir yazdığı, topladığı, araşdırdığı materiallar toplanıb.

Kitab AMEA Memarlıq və İncəsənət İnstitutu Elmi Şurasının 22 may 2017-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyə olunmuşdur. Kitabın elmi redaktoru Vidadi Qafarov, rəyçilər Ayaz Salayev, İlham Qazızadə, tərtibatçı rəssam Məmmədbağır Hüseynovdur.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!