Bakı Kitab Mərkəzində “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində növbəti görüş

 

Bakı Kitab Mərkəzinin “Yazıçı ilə dialoq” layihəsinin növbəti qonağı Azərbaycanın görkəmli şairi, yazıçısı və kinodramaturqu Ramiz Rövşən olub.

Mərkəzdən bildirilib ki, çoxsaylı pərəstişkarlarını salamlayan şair görüşdə həyatı, yaradıcılığı, ədəbiyyata gəlişi haqqında söhbət açıb və oxucuların suallarını cavablandırıb.

Daha sonra o, uşaq ədəbiyyatında mövcud olan problemlərdən, ədəbi tərcüməçi fəaliyyətindən danışıb, fəlsəfi, düşündürücü şeirlər haqqında fikirlərini bölüşüb və dünya klassiklərdən kəlamlar oxuyub.

Görüşdə R.Rövşən yeni “Sevgi açarı” kitabını da təqdim edib, ilk dəfə çap olunmuş gənclik dövrü şeirlərini oxuyub və ən məşhur şeirlərini səsləndirib. Sonda şair oxucular üçün kitablarını imzalayıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!