Edebiyyatqazeti.az xəbər verir ki, Adilə Nəzərin Qanun nəşriyyatında yeni “Topla məni, İlahi” adlı şeirlər kitabı işıq üzü görüb.
Kitabın redaktoru Aləm Kəngərli, ön söz müəllifi isə yazıçı Səfər Alışarlıdır. Qeyd edək ki, Adilə Nəzər filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədridir. Şeirləri Türkiyə türkcəsinə, rus, fars, ingilis, fransız, qazax və özbək dillərinə tərcümə olunub. Elm və mədəniyyət sahəsindəki xidmətlərinə görə Mahmud Kaşğarlı Beynəlxalq Fondunun “San yarlığı” mükafatına layiq görülüb.
Hazırda Azərbaycan Respublikası Təhsil İnstitunun aparıcı elmi işçisidir. “Topla məni, İlahi” şairin sayca 8-ci kitabıdır.
Kitabın təqdimat mərasimi 18 may 2019-cu il saat 15.00-da “Kitabevim.Az” kitab mağazasında keçiriləcək. Bütün ədəbiyyatsevərlər dəvətlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!