Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev UNESCO-nun himayədarlığı ilə keçiriləcək tədbirlərə hazırlıq işlərinin gedişi barədə məlumatlandırılıb.
Ölkə başçısı ilə görüşdə Beynəlxalq Türk Akademiyasının rəhbəri Darxan Kıdıralı mayın 15-də UNESCO-da dünyanın müxtəlif ölkələrindən alimlərin iştirak edəcəyi beynəlxalq forumun keçiriləcəyini qeyd edib. O, həmçinin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi, “Egemen Qazaxıstan” qəzetinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə məlumat verib.
Görülən işləri yüksək qiymətləndirən Kasım-Jomart Tokayev bir sıra yeni tapşırıqlar verib. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!