Hədiyyə Şəfaqətin şeirlər kitabı nəşr edildi - İmza günü fərqli olacaq

Hədiyyə Şəfaqətin şeirlər kitabı nəşr olunub. "Vektor" nəşriyyatında çap olunan kitabda yazarın son illərdə yazdığı şeirləri toplanıb.

"Qapı" adlı kitab artıq sabahdan etibarən "Kitabevim.Az" mağazasında satışda olacaq.
Yazarın "Edebiyyatqazeti.Az"-a verdiyi məlumata görə "Qapı" üçün fərqli imza günü keçirməyi planlayır:
""Kitabevim"də bir gün könüllü kimi çalışacam, səhərdən axşama qədər. Kitab satışı, gələn kitab alıcılarıyla ilğilənmək və s. işinə baxacam. Həmin gün ərzində kim istəsə, gəlib kitabı imzalada bilər. Bu barədə "Kitabevim"lə razılıq əldə olunub", - deyə Hədiyyə Şəfqaət bildirib.
"Qapı" Hədiyyə Şəfaqətin ilk kitabıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!