Əhməd bəy Ağaoğlunun “Atəşkəs və sürgün xatirələri” kitabı çap olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, “Kitab Klubu” nəşriyyatı tərəfindən Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun “Atəşkəs və sürgün xatirələri” kitabı çap olunub.

“Atəşkəs və sürgün xatirələri” kitabında yer alan xatirələri müəllif 1919-1921-ci illərdə Maltada sürgündə olarkən yazıb. Əsəri Osmanlı türkcəsindən çevirən Dürdanə Ramazanlıdır.

Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, ədəbiyyatşünas alimlər, tələbələr, bir sözlə, hər kəs üçün nəzərdə tutulan əsər bir çox ictimai-siyasi hadisələrin cərəyan etdiyi dövrdə qələm alınıb. Birinci Dünya müharibəsi, Osmanlı İmperiyası ilə bağlı faktlara söykənən dolğun məlumatlar ilə zəngindir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!