Edebiyyatqazeti.az xəbər verir ki, "Sumqayıt -70" silsilə tədbirlər çərçivəsində Sumqayıt Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin təşkilati dəstəyi ilə şairlər Emin Piri və Ulucay Akiflə görüş və imza günü keçirilib.
Tədbirin aparıcısı AYB Sumqayıt bölməsinin rəhbəri, şair Gülnarə Cəmaləddin çıxış edərək gənc şairlərin yaradıcılıqları haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra şairlər Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Sabir Yusifoğlu, Əli Nəcəfxanlı, Nadir Azayoğlu, Ələsgər Həsənli, Zirəddin Qafarlı, Arif Ərşad, Novruz Qələndərli, Kəramət Əmirli, Elvin Əlizadə və başqaları hər iki şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Emin Piri və Ulucay Akif öz şeirlərini səsləndirib, sualları cavablandırıblar. Sonda müəlliflər kitablarını imzalayıblar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!