Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və N.Gəncəvi adına Uşaq Kitabxana - klubun birgə təşkilatçılığı ilə “Dörd yazarla bir görüş” adlı tədbir keçirildi.
N.Gəncəvi adına Uşaq Kitabxana- klubun müdiri Zərnigar Babayeva Sumqayıtın 70 illiyi ərəfəsində keçirilən belə tədbirlərin şəhərin yubileyinə bir tövhə olduğunu vurğuladı. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Raspubliksının Prezidenti cənab İlhanm Əliyevin ədəbiyyatla bağlı verdiyi sərəncamlardan danışaraq qeyd etdi ki, indi ölkəmizin hər yerində bu sərəncamlardan irəli gələn genişmiqyaslı tədbirlər keçirilir. Natiq bildirdi ki,bütün bunlar ölkə rəhbərinin sənətə, sənət adamına,ədəbiyyata, sözə söz adamlarına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Sonra söz yazarlara verildi. Şair Rafiq Dağkəsəmənli, Əməkdar artist, şair Nazir Rüstəm, yazıçı, tərcüməçi, şair Günel Eyvazlı və yazıçı-ssenarist, kulturoloq Hafiz İmamnəzərli öz yaradıcılıqlarından nümunələr oxudular. Zirəddin Qafarlı, Qənirə Mehdixanlı, Müqəddəs Şahbazov, Firdovsi Cəfərxan, Rəhilə Veysəlli, Mənsurə Eldarqızı çıxış edərək yazarlarımız haqqında, onların çıxış zamanı toxunduqları aktual mövzular haqqında öz fikirlərini söylədilər. Sonda S.Vurğun adına Mərkəzi kitabxananın müdiri Yeganə Əhmədova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!