Nazim Hikmətin Yəhya Kamal haqqında yazdığı məktub üzə çıxdı - İLK DƏFƏ

Araşdırmaçı-yazar Haluk Oral Nazim Hikmətin yayımlanmamış məktubunu üzə çıxarıb. Məktubu Nazim Hikmət Yəhya Kamalın ölüm xəbərini eşidən kimi həyat yoldaşına Moskvadan yazıb.

Yahya Kamal və Nazim Hikmət Türk ədəbiyyatında aralarındakı münasibət daim müzakirə olunan iki usta şairdir. Nazim Hikmət hələ tələbə ikən Yəhya Kamal onun müəllimi olmuşdu. Ancaq bu əlaqə həmişə Nazim Hikmətin anası Cəlilə xanımın kölgəsində qalırdı. Nazim Hikmət “Dəniz” liseyində tələbə ikən Cəlilə xanım və Yahya Kamal arasında romantik bir yaxınlıq olur. Nazimin bir gün Yəhya Kamala "Müəllimim olaraq girdiyiniz bu evə atam olaraq girə bilməzsiniz" qeydini çatdırmasından sonra Yahya Kamal və Cəlilə xanımın əlaqəsi sona çatır

İlk dəfə işıq üzü görən bu məktubda Nazim müəllimi Yəhya Kamalın ölümündən  duyduğu kədəri o dövr yoldaşı olan Münəvvər xanıma yazdığı məktubda dilə gətirir.

Nazim Hikmətin 1 noyabr 1958-ci ildə yazdığı məktubu təqdim edirik:

"Canım! Dünən gecə radioda eşitdim, Yahya Kamal ölüb. Böyük şair idi... Müəllilərimdən idi, həm də çox şey öyrəndiyim müəllimlərimdən. 73 yaşında....
 Xeyli vaxt gözümə yuxu getmədi. Yəhya Kamal bir az da gəncliyimin adı idi. Teleqram göndərmək istədim. Amma kimə? Nə qəribədir, Yəhya Kamalın ölümündən duyduğum ağrını xalqıma çatdırmaq üçün teleqram göndərəcəyim ünvan yoxdur. Bax, belə. Bu səhər buludlar dağıldı. Günəş saçır. Ssenariyə başlıyacağam. Başım bomboş, ürəyim ağzına qədər kədərlə dolu... Belə əhvalla ssenari yazmağa necə başlayacağam, bilmirəm, amma çarə  yoxdur, işləmək lazımdır, yaşamaq üçün deyil, unutmaq üçün, dalıb dalıb getməmək üçün, pis-pis düşünməmək üçün... Bax, belə, gülüm. Üzrlü say, səndən uzaqlıq, sənsizlik, mühacirlik, hətta mənim kimi qardaş evində olsa da -  sevdiyim, inandığım bir dünyada da ölümdü, ölüm! Bax, belə, ömrüm səni sevməklə toxtayacaq. “Rəhmət yolları kəsti”nin Fıransızcasını aldım. Həsrətlə.

Nazim "


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!