“Elm və təhsil” nəşriyyatında Qəşəm Nəcəfzadənin “Barış” adlı yeni şeirlər kitabı çap olunub.
Kitaba toplanan şeirlərdən doğan əsas nəticə budur: Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl olduğu kimi, milyon il sonra da bütün dillər səs olacaq. Qaliblər məğlubların qarşısında diz çökəcək. Dillər səsə çevriləndə biz bir–birimizi gözəl başa düşəcəyik. Əgər belə olmasa, onda məni güllələyin, qoy qanım yerə calansın. Milyon il sonra diz çökənlər qanımı görüb deyəcəklər: “Burdan bir insan keçib, qanı qalıb ləpir kimi.” O zaman qanımı tərcüməsiz oxuya biləcəklər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!