“Ustad” ədəbiyyat və sənət dərgisinin təşkil etdiyi “Üst Ad” uşaq yazıları müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. Tədbir dərginin təsisçisi “Hədəf” nəşrlərində baş tutub. Mərasimdə “Hədəf” nəşrlərinin direktoru, yazıçı Müşfiq XAN və direktor müavini, redaktor Səbuhi Şahmursoy çıxış edib, müsabiqənin təşkili və nəticələri haqqında danışıblar. Tədbirdə iştirak edən yazıçı Günel Eyvazlı və şairə-yazıçı Sevinc Elsevər çıxış edərək qaliblərə uğurlar arzulayıblar. Müsabiqənin bütün qalibləri və münsiflər tərəfindən yüksək bal almış uşaqlar diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, “Üst Ad” uşaq yazıları müsabiqəsində 8-15 yaşlı uşaqlar öz yazıları ilə iştirak edirdi. Hər yaş kateqoriyası üzrə bir nəfər qalib olsa da, fərqlənən uşaqların da yazıları “Ustad” dərgisinin 26-cı sayında dərc olunub. Qaliblər və fərqlənən uşaqların adlarını təqdim edirik:
8 yaş kateqoriyası üzrə qalib Yusif Cəbili – “Mikayıl Müşfiq” hekayəsi;
9 yaş kateqoriyası üzrə qalib Məhəmməd Əhədzadə – “28 may – Respublika günü” inşası;
10 yaş kateqoriyası üzrə qalib Rüxsarə Həsənli – “Xeyirxahlar krallığı” nağılı;
11 yaş kateqoriyası üzrə qalib Nəzrin Məmmədova – “Mənim bayrağım” inşası;
12 yaş kateqoriyası üzrə qalib Ayxan Məmmədli – “Buduq” hekayəsi;
13 yaş kateqoriyası üzrə qalib Nilufər Əzimzadə – “Uçan qız” nağılı;
15 yaş kateqoriyası üzrə qalib Mələk Cəbrayılzadə – “Arazbarı” essesi.
8 yaş kateqoriyasında fərqlənən müəllif Banu Əliyeva – “Möcüzəli göl – Göy göl” hekayəsi;
9 yaş kateqoriyasında fərqlənən müəllif Aysu Rəsulova – “Qız qalası” inşası;
10 yaş kateqoriyasında fərqlənən müəllif Əhməd Qəmbərli – “Dövlət bankında cinayət” hekayəsi;
11 yaş kateqoriyasında fərqlənən müəllif Nərmin Əzimzadə – “Qırışlar və sızanaqlar” şeirlər silsiləsi;
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!