Edebiyyatqazeti.az xəbər verir ki, Sumqayıt şəhər Əli Kərim adına “Poeziya Evi”ndə “Çapar” tarix dərgisinin və yazıçı-araşdırmaçı Dilqəm Əhmədin “Milliyyəti türk” kitabının təqdimat mərasimi və müzakirəsi keçirilib.
Müzakirəni açıq elan edən Poeziya Evinin rəhbəri şair-tərcüməçi İbrahim İlyaslı Dilqəm Əhmədin fəaliyyəti haqqında fikir bildirərək onun kolleksiyasında olan tarixi sənədlərin vacibliyindən, araşdırmaçı fəaliyyətindən, yeni işıq üzü görmüş "Milliyyəti türk" kitabı haqqında geniş söz açıb.
Sonra Ofelya Babayeva, Ehtiram İlham, yazıçı Günel Eyvazlı, Əyyub Qiyas, tarixçi-pedaqoq İsmayıl Feyzullayev, şair Emin Piri və başqaları Dilqəm Əhmədin fəaliyyətindən, “Çapar” tarix dərgisinin önəmindən, müəllifin Cümhuriyyətlə bağlı etdiyi araşdırmaların ölkəmiz üçün faydalılığından söz açaraq Azərbaycan tarixi, mədəniyyəti mövzusunda fikir mübadiləsi aparıblar.
Sonra “Çapar” jurnalının təsisçisi Yusif İlhamoğlu nəşr haqqında və “Çapar Yayınları” seriyasından çap edilən kitablar barədə məlumat verib.
Jurnalın baş redaktoru Dilqəm Əhməd yeni çap olunan “Milliyyəti türk” kitabı və tərtibatçısı olduğu “Ergenekon bayramı” kitabı haqqında geniş məlumat verərək yeni əldə etdiyi tarixi materiallar, fotoşəkillər, sənədlər haqqında da müzakirə iştirakçılarına geniş məlumat verib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!