Edebiyyatqazeti.az xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Qardaş xalqlar ədəbiyyatı. Ustadlar” silsiləsindən növbəti kitab işıq üzü görüb. Bu, Tatarıstanın Xalq şairi, görkəmli ictimai və dövlət xadimi, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı laureatı Razil Vəliyevin şeirlər kitabıdır. Bu barədə kitabın layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalı məlumat verib.
Xalq şairi Razil Vəliyevin şeirlərini (rusca və tatarcadan) dilimizə şair-publisist dr. Həyat Şəmi çevirib.
“XAN” nəşriyyatında nəşrə gedən şeirlər kitabı “Payız yağmurları” adlanır.
Nəşrin məsləhətçiləri Millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili dr.Cavanşir Feyziyev və millət vəkili dos.dr. Qənirə Paşayevadır. Kitaba dos.dr. Şəmil Sadiq önsöz yazıb.
Tatarıstanın Xalq şairinin kitabı Azərbaycanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan elm adamlarının ixtiyarına verilməklə yanaşı, Azərbaycanda və Tatarıstanda ustadın iştirakı ilə keçirilməsi nəzərdə tutulan təqdimatlarda oxuculara paylanacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!