İctimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı kitabı 120 ildən sonra Türkiyədə çap olunub.
Türkiyənin Kafkas Universitetinin çağdaş türk ləhcələri və ədəbiyyatları bölümünün dosenti həmyerlimiz İlkin Qulusoy Nəriman Nərimanovun 1899-cu ildə qələmə aldığı “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı kitabını müasir Azərbaycan dili ilə müqayisəli şəkildə yenidən nəşrə hazırlayaraq çap edib. Yazılmasından 120 il keçsə də, kitab bu gün də Azərbaycan dilçilərinin istinad etdiyi və yararlandığı mənbələrdəndir.
Qeyd edək ki, kitab rus və müsəlman məktəblərində türkcə təhsil alanlar üçün yazılıb və uzun müddət bu təhsil ocaqlarında ilk dərs vəsaiti kimi tədris olunub. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!