Marsel Prustun “İtmiş zamanın axtarışında” silsilə romanı ekranlaşdırılacaq

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, Marsel Prustun “İtmiş zamanın axtarışında” silsilə romanı ekranlaşdırılacaq. Bu haqda Deadline xəbər verib.

Fransız rejissoru, prodüser, aktyor və ssenaristi Qiyom Qalenn romanı ekranlaşdırmağı öz üzərinə götürüb. Qeyd edək ki, rejissor bundan öncə də serial çəkilişində əsərə müraciət edib. Belə ki, o, 2017-ci ildə Qonçarovun məşhur “Oblomov” əsərini ekranlaşdırmışdı.

Qiyom Qalen “İtmiş zamanın axtarışında” sserialının həm müəllifi, həm də soprodüseri olacaq. O, hadisələrin təsvirini sürət əsrinə qədəm qoyulmamış - telefon və naqillərsiz bir zamanda 1970-1990-cı illərdə canlandırmaq istəyir.

Rejissor hələlik hər birində 8 seriya olmaqla 3 sezonluq serial çəkməyi planlaşdırır. Çəkilişə  başlama vaxtı hələki məlum deyil.

 

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!