"Özgə evi" işıq üzü gördü

 

Edebiyyatqazeti.az xəbər verir ki, Aysel Fikrətin "Özgə evi " adlı yeni kitabı işıq üzü görüb.

“Özgə evi”ndə müəllifin son illərdə qələmə aldığı hekayə, esse, povestləri dərc olunub. Bu, müəllifin sayca dördüncü kitabıdır.

“Alatoran” nəşriyyatında çapa getmiş kitabın redaktoru Məlahət Qənbərova, dizaynı Zaur Məmmədova məxsusdur.

“Hər kitab bir izdir. Bu kitabda sığınan esse, hekayələr həsrət qoxuludur. Düşünürəm ki, insan acılardan yox olsa belə sənət acılardan var olur. İçinizdəki kədərin qədrini bilin. Bəzən onun izinə düşməyə çalışın. Həyata başqa pəncərədən baxmağa başlayın. Özgə evindən...” Kitaba giriş bu sözlərlə başlayır.

Qeyd edək ki, Aysel Fikrət kitabı atası, mərhum şair Fikrət Sadığa həsr edib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!