Ukraynanın paytaxtı Kiyev şəhərində Səməd Vurğun adına Kitabxanada Səməd Vurğunun 113 illiyi ilə bağlı anım tədbiri keçirilib.
Edebiyyatqazeti.az Azərtac-a istinadən xəbər verir ki, anım tədbirində Kiyevin 210, 247 saylı orta məktəbinin şagirdləri, Qafqaz Rəqs Ansamblının uşaq rəqs qrupu iştirak edib. Tədbirdə kitabxananın müdiri Qalina Çebotareva qonaqlara Səməd Vurğunun həyat və yaradıcılığından danışıb, şeirlərini səsləndirib. Kitabxananın əməkdaşları gələn qonaqalara Səməd Vurğun haqqında təqdimat və kitabça təqdim ediblər.
Daha sonra tədbirdə digər iştirakçılar tərəfindən Səməd Vurğunun Azərbaycan və Ukrayna dillərində şeirləri səsləndirilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!