Rusiyada keçirilən “QİTİS-ustad dərsi” festivalında ölkəmiz də təmsil olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Rusiyada keçirilən “QİTİS-ustad dərsi” festivalında ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları təmsil ediblər.

Festivalda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Moldova, Özbəkistan və Ermənistanın teatr məktəbləri də iştirak edir.

16 mart tarixində ADMİU SABAH “Otello” tamaşası ilə çıxış edib. Keçirilən mükafatlandırma mərasimində “Otello” tamaşası “ən orjinal tamaşa”, Ziya Ağa isə “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi seçilib.

Tamaşanın qurluşçu rejissoru Gümrah Ömərdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!