“Qaranlığın fotosu” təqdim olundu

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən həftə Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Yazarlar Birliyinin üzvü, gənc şair Ümid Nəccarinin “Qaranlığın fotosu” adlı, sayca üçüncü kitabının “Akademkitab” kitab evində təqdimat mərasimi və imza günü keçirilib. Tədbirdə ziyalılar, yazıçılar, şairin qələm dostları iştirak edib.

Tədbiri giriş sözü ilə açan yazıçı Kənan Hacı qonaqları salamlayaraq Ümid Nəccari yaradıcılığı haqqında söhbət açıb, şairin şeirlərinin özünəməxsusluğundan danışıb.

Sonra kitabın məsləhətçisi şair-tərcüməçi Səlim Babullaoğlu, tənqidçi Cavanşir Yusifli, əməkdar jurnalist Azər Həsrət, şair, telejurnalist Elçin Mirzəzadə, millət vəkili Sona Əliyeva, yazıçı Günel Eyvazlı, şair Fərid Hüseyn, Dalğa Xatınoğlu və başqaları söz alaraq şairin yaradıcılığı haqqında fikirlərini söyləyərək şeirlərindən səsləndiriblər.

Sonda şair Ümid Nəccari oxucular üçün “Qaranlığın fotosu”nu imzalayıb.

Qeyd edək ki, kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələri toplanıb.Sözügedən kitabın öz söz müəllifi “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turandır.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!