Şair Sabir Sarvanın anım günü Sumqayıtda ehtiramla yad edilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən həftə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Sumqayıtdakı Poeziya evində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şöbəsinin ideya müəllifi, yaradıcısı və uzun illər ona rəhbərlik etmiş  şair Sabir Sarvanın xatirəsinə həsr olunmuş  “Xatırlasaz, xatırlansam” adlı tədbir keçirilib.

Tədbirdə şəhər ziyalıları, şair və yazıçılar iştirak edib.

Millət vəkili Aydın Hüseynov, Filologiya Elmləri Doktoru, tənqidçi Vaqif Yusifli, Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin sektor müdiri Vidadi Bağırov, Respublikanın Əməkdar artisti Ağalar Bayramov, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin  sədr müavini  Sərxan Mehdiyev,  Filologiya Elmləri Doktoru, professor Rafiq Yusifoğlu, jurnalist Əli Çərkəzoğlu, yazıçı- ssenarist Hafiz İmamnəzərli, şairlərdən Ofelya Babayeva, Əşrəf Veysəlli, Zirəddin Qafarlı, Həmid Ormanlı və AYB Sumqayıt  bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək Sabir Sarvan şəxsiyyətinin  və  yaradıcılığının məziyyətlərindən söz açıblar.

Sabir Sarvan adına Uşaq Poeziya Teatrı üzvlərinin ifasında səslənən şeirlər, Sumqayit şəhər 1 nömrəli Usaq-Gənclər İnkisaf Mərkəzinin üzvlərinin ifasında səslənən mahnılar  tədbir  iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Həmçinin S.Vurğun adına Mərkəzi Kitabxananın  Sabir Sarvanın həyat  və yaradıcılığını özündə əks etdirən  kitabların  sərgisini təşkil edib.  Sonda ailə üzvləri adından şairin qardaşı Mahmud  Məlikov tədbir  iştirakçılarına və təşkilatçılarına  minnətdarlığını bildirib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!