Elçinin “Qatar.Pikasso.Latur.1968” əsəri Özbəkistan mətbuatında...

Xalq Yazıçısı Elçinin “Qatar.Pikasso.Latur.1968” hekayəsi Özbəkistanın “Səadət” qadın jurnalında yerli dildə dərc edilib. Hekayəni orijinaldan şair və tərcüməçi Usman Kuçkar çevirib.

Qeyd edək ki, Elçinin “Baladadaşın ilk məhəbbəti” və “Baladadaşın toy hamamı” povestləri Özbəkistanın “Cahan ədəbiyyatı” jurnalında, hekayələri isə müxtəlif ədəbi qəzet və jurnallarda dərc olunub. Yazıçının ikicildlik “Seçilmiş əsərləri” yaxın günlərdə özbək dilində işıq üzü görəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!